Topaz Premyer Liqasının çempionu adını qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu titula həm futbolçu, həm çalışdırıcı kimi nail olmağı bacarıb. Futbolinfo.az xəbər verir ki, bugünkü “Qarabağ” – “İnter” oyununadək Azərbaycan futbolu tarixində yalnız 1 çempion buna həm baş məşqçi, həm futbolçu kimi nail olmuşdu.
 
Bu rekorda Arif Əsədov imza atmışdı. Futbolçu kimi 3 dəfə Azərbaycan çempionu olan mütəxəssis 1992, 1995/96 və 1996/97 mövsümlərində ölkə çempionatının qızıl medallarını qazanmışdı. Hər 3 qızıl medalını “Neftçi”də qazanan Əsədov 2010/11 mövsümündə də bu komandanı baş məşqçi kimi zirvəyə daşımışdı.
 
“İnter” üzərində 4:1 hesablı qələbədən sonra futbolçu kimi 4 çempionluğu olan Qurbanov isə ümumilikdə 5-ci zəfərinə sevindi. 42 yaşlı mütəxəssis 1993/94 mövsümündə “Turan”, 1996/97, 2003/04 və 2004/05 mövsümlərində “Neftçi”nin formasında qızıl medallara layiq olub. Baş məşqçi kimi isə “Qarabağ”la ilk çempionluğunu yaşadı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp