Topaz Premyer Liqasının 34-cü turunun "Qarabağ" – "İnter" matçından sonra Ağdam klubunun azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb fanatların komanda üzvlərini çempionluq münasibətilə təbrik etmək üçün meydana qaçması səbəb olub.
 
Lakin asayiş keşikçiləri onlara mane olmağa çalışıb. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb. Buna baxmayaraq, ağdamlı tərəfdarlar öz istəklərinə çatıblar və meydana axışıblar. Təxminən 30 dəqiqə ərzində azarkeşlərlə komanda üzvləri 21 ildən sonra gələn çempionluğu bayram ediblər. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp