"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyundan sonra mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi bunları dilə gətirib:
 
"Super oyun oldu. "İnter"i də gözəl oyun münasibəti ilə təbrik edirəm. Onlar da çempionluğa layiq oynadılar. 21 ildən sonra çempion olduğumuz üçün çox sevincliyəm. Biz bu anı çoxdan gözləyirdik. Həm oyunu, həm də sponsorun göstərdiyi qayğı ilə "Qarabağ" bu çempionluğa layiq idi".
 
Bundan başqa klub rəsmisi çempionluq mükafatının Ağdama aparılacağını da söyləyib: "Tahir Gözəl kluba hər mənada dəstək verir. O, gəldikdən sonra biz kuboku Ağdama aparacağıq. Çünki bu, onların haqqıdı. Bu kubok yalnız bizim yox, 1 milyon qaçqının, bütün Qarabağın uğurudu".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp