"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəlib çempion olduqları oyunla bağlı bunları dilə gətirib:
 
"Həyatımda ilk dəfə çempion olurdum. Bu, tamam başqa hiss idi. Çox sevinirəm. Bütün komanda yoldaşlarımı və "Qarabağ"sevərləri təbrik edirəm. Komandamız layiq olduğu titulu qazandı. "İnter" kimi güclü bir rəqibə qalib gəlib çempion olmaq da gözəldi. Azarkeşlər çox maraqlı bir matç gördülər və indi də biz onlarla bilrikdə çempionluğumuzu qeyd edirik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp