Topaz Premyer Liqasının 34-cü turunda AZAL-la qarşılaşan “Neftçi”nin iki futbolçusu yubiley matçını keçirib. Futbolinfo.az xəbər verir ki, İqor Mitreski və Cavid İmamverdiyev paytaxt klubunda 100-cü çempionat qarşılaşmasına çıxıblar.
 
Bu görüşədək Premyer Liqada hərəyə 99 dəfə “ağ-qaralar”ın şərəfini qoruyan cütlük yubiley matçında qolsuz heç-heçəyə şahid olub.
 
2008/09 mövsümündə Hans Yurgen Gedenin əsas komandaya cəlb etdiyi 18 yaşlı Cavid 6 ilə çatdığı 100 matçda 10 qol vurub. 2010/11 mövsümündə transfer olunan makedoniyalı müdafiəçi isə 1 dəfə rəqib qapısına yol tapıb.
 
1992-ci ildə start götürən ölkə çempionatları tarixində bunadək 17 futbolçu “Neftçi”də 100 və daha çox oyun keçirmişdi. Cavidlə İqor bu rəqəmi 19-a çatdırdı. Mitreski 2014-cü ildə 100-ə çatan Flavinyodan sonra “ağ-qaralar”ın heyətində 100-cü matçını qeyd edən 2-ci legionerdi.
 
Qeyd edək ki, Mitreskidən fərqli İmamverdiyev Premyer Liqada təkcə “Neftçi”də oynamayıb.
 
Cavid İmamverdiyev
mövsüm
klub
oyun
qol
2008/09
Neftçi (Bakı)
6
 
2010/11
Neftçi (Bakı)
23
2
2011/12
Neftçi (Bakı)
23
2012/13
Neftçi (Bakı)
23
5
2013/14
Neftçi (Bakı)
25
3
 
Cəm
100
10
 
İqor Mitreski
mövsüm
klub
oyun
qol
2010/11
Neftçi (Bakı)
30
1
2011/12
Neftçi (Bakı)
27
2012/13
Neftçi (Bakı)
27
2013/14
Neftçi (Bakı)
16
 
Cəm
100
1

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp