Son 3 mövsümdə olduğu kimi, yenə də Azərbaycan çempionu mövsüm başa çatmamış müəyyənləşdi. Futbolinfo.az xəbər verir ki, ardıcıl 3 dəfə “Neftçi” vaxtından əvvəl çempionluğun sevincini yaşamışdısa, Topaz Premyer Liqasının 2013/14 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb.
 
Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.
 
Bu uğur “Qarabağ”ın Azərbaycan çempionatlarında 2-ci qələbəsidi. Ağdamlılar ilk dəfə 1993-cü ildə – 21 il əvvəl bunu bacarmışdı. Bununla da komanda qızıl medalların sayında eyni qədər uğuru olan “Şəmkir”, “İnter” və “Bakı”ya çatıb. Bu komandalardan başqa, “Neftçi” 8, “Kəpəz” 3,“Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion olub. Əyalət təmsilçisi qızıl medallara sahib çıxmaqla son 6 mövsümdə çempion olan paytaxt təmsilçilərinin seriyasına da son qoyub.
 
Futbolçu kimi 4 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov baş məşqçi postunda ilk dəfə bu uğura imza atıb. O, komanadsını ölkənin ən güclüsü edən 10-cu çalışdırıcı olub. Onlardan yalnız ikisi – Qurbanov və Arif Əsdov həm oyunçu, həm baş məşqçi kimi bu uğura sevinib.
 
Qeyd edək ki, cari mövsümdə 22-ci çempionat keçirilsə də, bunların 21-də qalib müəyyənləşib, biri isə yarımçıq dayandırılıb.
 
mövsüm
çempion
Baş məşqçi
1992
“Neftçi”
Əhməd Ələsgərov
1993
“Qarabağ”
Ağasəlim Mircavadov
1993/94
“Turan”
Kazbek Tuayev
1994/95
“Kəpəz”
Mehman Allahverdiyev
1995/96
“Neftçi”
Kazbek Tuayev
1996/97
“Neftçi”
Kazbek Tuayev
1997/98
“Kəpəz”
Mehman Allahverdiyev
1998/99
“Kəpəz”
Mehman Allahverdiyev
1999/2000
“Şəmkir”
Ağasəlim Mircavadov
2000/01
“Şəmkir”
Ağasəlim Mircavadov
2001/02
yarımçıq dayandırılıb
 
2003/04
“Neftçi”
Kazbek Tuayev
2004/05
“Neftçi”
Ağasəlim Mircavadov
2005/06
“Bakı”
Böyükağa Hacıyev
2006/07
“Xəzər Lənkəran”
Ağasəlim Mircavadov
2007/08
“İnter”
Valentin Xodukin
2008/09
“Bakı”
Qyoko Haciyevski
 2009/10
 “İnter”
Kaxaber Sxadadze
2010/11
“Neftçi”
Arif Əsədov
2011/12
“Neftçi”
Böyükağa Hacıyev
2012/13
“Neftçi”
Böyükağa Hacıyev
2013/14
“Qarabağ”
Qurban Qurbanov
 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp