Naxçıvanda baş tutacaq futbol üzrə Azərbaycan Super Kuboku uğrundakı oyunun keçirilməsinə günlər qalıb. Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası oyunun hazırlıqlarını davam etdirir.
 
Muxtar Respublikada gedən hazırlıqlarla bağlı PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında bunları bildirib: “Bildiyiniz kimi, oyun gününə az müddət qalıb. Artıq klubların və PFL-in bayrağı oyunun keçiriləcəyi bölgəyə göndərilib. Biz Peşəkar Futbol Liqası olaraq iki hissə ilə Naxçıvana gedəcəyik. Birinci dəstə ayın 22-də yola düşəcək. İkinci dəstə isə oyun günü oyunun keçiriləcəyi məkana yollanacaq. İkinci dəstədə jurnalistlər də yer alacaq. Avropa ölkələrində olduğu kimi bizdə də sadə açılış mərasimi keçiriləcək. Sonda isə mükafatlandırma mərasimi olacaq”.
 
Bundan başqa qurum rəsmisi oyunda rəhbərliyin də iştirak edəcəyini bildirib: “Oyunda PFL-in rəhbərliyi də iştirak edəcək. Ramin Musayev də orda olacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp