2 gündən sonra keçiriləcək Topaz Premyer Liqasının 10-cu turunun “Simurq"la səfər oyununa hazırlaşan “Xəzər Lənkəran”ın Naxçıvana uçuş vaxtı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Lənkəran təmsilçisi bazar ertəsi Muxtar Respublikaya yola düşəcək.
 
Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada komandanın qalacağı otelin və məşqlərin vaxtının dəqiqləşdiyini bildirib: “Oktyabrın 19-da "Simurq"la səfər oyunumuz var. Ayın 21-dək "Modern" oteldə qalacağıq. Bazar ertəsi çarter reysi ilə Naxçıvana yola düşəcəyik. Səfərimiz günortadan sonraya plamlaşdırılıb. Artıq klubun meneceri Naxçıvanda olub və komandamızın qalacağı oteli də təşkil edib. Məşqlərin vaxtını da menecer dəqiqləşdirib. Ayın 23-də oyundan sonra isə birbaşa Lənkərana qayıtmaq planlaşdırılıb”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp