AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Qəbələ” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
 
AZAL – “Simurq” matçında AZAL-ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Sumqayıt” – “İnter” matçının 66-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu  Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp