İngiltərənin "Şeffild Uensdey" klubunun yeni mövsüm üçün titul sponsoru açıqlanıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, İspaniyanın "Atletiko" və Fransanın "Lans" klublarından sonra İngiltərənin 1-ci divizionunda mübarizə aparan bu komandanın da formasında "Azerbaijan Land of Fire" yazısını görə biləcəyik.
 
"Bu, həm mənim, həm də ölkəm üçün çox qürürverici bir gündü. "Azerbaijan Land of Fire" və İngiltərənin tarixi klublarından olan "Şeffild Uensdey" arasındakı bu nigah hamımızı sevindirir. Artıq bu sponsorluq müqaviləsi İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə bağlanıbdı. Bu əlaqənin "Şeffild Uensdey"lə də qurulması bizi futbolun doğulduğu ölkəyə bir qədər də yaxınlaşdırdı".
 
"Şeffild Uensdey" klubunun prezidenti Milan Mandariç də bu anlaşma ilə bağlı fikirlərini açıqlayıb: "Azerbaijan Land of Fire" reklamının klubumuzun  titul sponsoru olmasını bəyan etməkdən böyük fəxarət hissi keçiririk. "Atletiko" və "Lans" klublarının da sponsoru olan bu brendən faydalanmaq bizim də qarşımızda yeni üfüqlər açacaq. Bu şüarın yazıldığı formalarla uğurlar qazanmaq üçün səbirsizlənirik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp