Ölkə futbolu
"Simurq": bu gün "Amkar", iyulun 30-da "Fulhem"
"Simurq" Avstriyadakı təlim-məşq toplanışını davam…
"Simurq" Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunun yoxlama oyunlarındakı 3-cü rəqibi də artıq məlumdu.
Georgi Çixradzenin komandası Rusiyanın "Amkar" klubu ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
İyulun 30-da isə "Simurq"un İngiltərənin "Fulhem" klubu ilə yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Lakin böyük ehtimalla İngiltərə təmsilçisi həmin oyunda komandamıza qarşı ehtiyat oyunçularından yararlanacaq.
Qeyd edək ki, Zaqatala təmsilçisi transfer çalışmalarını da davam etdirir. Həm yerli, həm də legioner futbolçularla müqavilələr imzalamağa hazırlaşan klubun hazırda düşərgəsində baxış üçün dəvət edilmiş 6 futbolçu var. Onların bəziləri haqqında son qərarı məşqçilər korpusu "Amkar"la oyundan sonra verəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib