Ölkə futbolu
"Qarabağ"ın rəqibi ilk xal itkisi ilə üzləşdi
Futbol üzrə Ukrayna çempionatında növbəti turun oy…
Futbol üzrə Ukrayna çempionatında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" 5-ci tur çərçivəsində doğma meydanda "Vorskla" ilə qarşılaşıb.
Oyun 1:1 hesabıyla başa çatıb. Hesabı 45-ci dəqiqədə qonaqlar açsa da, 49-cu dəqiqədə Nikola Kaliniç penaltini qola çevirərək, "Dnepr"i məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, bu, "Dnepr"in yeni mövsümdəki ilk xal itkisidi. Dnepropetrovsk təmsilçisi əvvəlki dörd matçın hamısında qələbə qazanmışdı. 5 oyuna 9 qol vurub, cəmi 1-ni buraxan "Qarabağ"ın rəqibi 13 xalla 2-ci yerdə qərarlaşıb və yalnız maksimum nəticə göstərən "Şaxtyor"dan geri qalır.