Dünya futbolu
166 milyon funt sterlinq – “Siti” üçün rekord qazanc

“Mançester Siti” bu mövsüm İngiltərədə Premyer Liqa çempionluğuna görə təxminən 166 milyon funt sterlinq alacaq. Bu məbləğə yerli və xarici televiziya müqavilələrinin payı, komandanın turnir cədvəlində yekun mövqeyinə görə məbləğ, liqanın kommersiya gəlirindən pay və Böyük Britaniyada canlı televiziyada müntəzəm çıxışlara görə verilən bonuslar daxildir.
Futbolinfo.az “Daily Mail”ə əsasən xəbər verir ki, 166 milyon funt-sterlinq Premyer Liqa tarixində çempion üçün ən yüksək pul mükafatıdır. Xosep Qvardiolanın komandası ötən mövsüm 153 milyon funt-sterlinq qazanmışdı.
Ümumilikdə liqadakı 20 klub bu mövsümün sonunda ümumilikdə təxminən 2,7 milyard funt sterlinq alacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat