Dünya futbolu
Cihan Özkaranın yeni baş məşqçisi bəlli oldu
Azərbaycan millisinin üzvü olan Cihan Özkaranın &cced…
Azərbaycan millisinin üzvü olan Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un yeni baş məşqçisi bəlli olub.Futbolinfo.az xəbər verir ki, “igidlər” mövsümə Sərgən Yalçınla davam edəcəklər.
Hazırda "TRT Spor"da futbol şərhçisi olan 42 yaşlı mütəxəssis bu barədə açıqlama verib: ”Mövsüm əvvəlindən belə bir düşüncəm var. Keçən il məşqçilikdən zövq ala bilmədim. “Sivasspor”dan çox ciddi təklif gəlib. Klubun prezidenti Məcnun Odyakmazla prinsipcə razılığa gəlmişik. Bir neçə xırda detal qalıb. Onlar həll olunsa, sabah işə başlayacam”.
Yerli mətbuatın yazdığına görə, tərəflər ən qısa zamanda rəsmi müqavilə imzalayacaqlar.
Qeyd edək ki, Yalçın bu postda Roberto Karlosu əvəz edəcək. Türkiyə millisnin sabiq üzvü ötən mövsüm isə digər Superliqa klubu “Qaziantepspor”u çalışdırıb.
- Ölkə futbolu2024-06-01 08:30
Almeyda “Qarabağ”da qalır
- Ölkə futbolu2024-06-01 09:25
“Şamaxı” Ramiz Məmmədova xələf axtarır
- Milli komanda2024-05-31 16:45
Vayss millimizə rəhbərlik etməyəcək: yerlilər arasından seçim edilə bilər
- Ölkə futbolu2024-06-01 10:02
“Turan Tovuz” əcnəbi məşqçi axtarır: “Kəpəz” Şükürova icazə vermədi