Ölkə futbolu
İlin qalibləri bəlli oldu
Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibl?…
Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri” layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi təşkil edib. Futbolinfo.az xəbər verir ki, "Demirchi Tower”də baş tutan tədbirdə Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar, veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Jurnalistlər arasında keçirilən sorğu nəticəsində 8 nominasiya üzrə qaliblər açıqlanıb. Sizi həmin siyahı ilə tanış edirik:
1. İlin idman xadimi: Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" 1-ci Avropa Oyunlarının baş icraçı direktoru)
2. İlin yerli idmançısı: Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)
3. İlin yerli futbolçusu: Qara Qarayev ("Qarabağ")
4. İlin əcnəbi idmançısı: Riçard Almeyda ("Qarabağ")
5. İlin komandası (kollektiv idman növləri üzrə): "Qarabağ"
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə): Qurban Qurbanov ("Qarabağ")
7. İlin idman jurnalisti: Natiq Muxtarlı (Komanda.az saytı)
8. İlin mətbuat katibi: Nurlan İbrahimov ("Qarabağ")