Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinə qatılacaq komandaların püşkatma zamanı hansı səbətlərdə yer alacağı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, artıq Azərbaycan millisinin də yer alacağı səbət və potensial rəqibləri müəyyənləşib.
 
Belə ki, ölkəmiz seçmə mərhələnin püşkatmasında 5-ci səbətdə yer alacaq. Azərbaycan eyni səbətdə yer aldığı Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Gürcüstan və Kiprlə rəqib olmayacaq.
 
Lakin qeyd edək ki, bu sıralama hələ ki, qeyri-rəsmidi. FİFA rəsmi reytinq siyahısını sabah açıqlayacaq.

Püşkatma zamanı komandaların aşağıdakı səbətlərdə yer alması gözlənilir:

1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina;

 
2-ci səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya;
 
3-cü səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Monteneqro;
 
4-cü səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, İslandiya;
5-ci səbət: Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr;
6-cı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp