“Xəzər Lənkəran” artıq dörd gündü ki, paytaxtda məskunlaşaraq “Simurq”la matçın hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, cənub təmsilçisi Qurban bayramı günlərində də məşqlərinə fasilə verməyib.
 
İlk gün keçmiş “Neftçi-baza”da məşqlərinə start verən “Xəzər Lənkəran” sonrakı iki gündə İdman Akademiyasının təbii qazonunda gündə bir dəfə olmaqla hazırlığını sürdürüb.
 
Milli komandaların toplanışında olan futbolçular bu gündən etibarən komandaya qoşularaq məşqlərdə iştirak edəcəklər. Heyətdə zədəli futbolçuların yoxluğu məşqçilər korpusunu sevindirir.
 
“Xəzər Lənkəran” bu gün matçın keçirliəcəyi “Bayıl Arena”da hazırlığını davam etdirəcək.
 
Xatırladaq ki, “Simurq” – ”Xəzər Lənkəran” oyunu Zaqatala şəhər stadionu təmirdə olduğundan Bakıda, “Bayıl Arena”da keçirələcək. Matç oktyabrın 19-da, saat 17:00-da start götürəcək. (12-ci oyunçu)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp