Futbol üzrə Rusiya yığmasının sabiq qapıçısı Ruslan Niqmatullin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla (1:1) oyundan danışıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Hamı bilir və başa düşür ki, keçmiş Sovet İttifaqı respublikalarının yığmaları Rusiya komandaları ilə oyunlara prinsipial və çox ciddi yanaşırlar. Düşünürəm ki, bizim oyunçular məhz belə münasibətlə üzləşəcəklərini gözləyirdilər. Ona görə də oyunqabağı bu qədər söz-söhbət vardı, mətbuat aranı qızışdırırdı və oyunçular atışırdılar. Bizim ölkəmizdə “rəqibi özünəinama görə cəzalandırmaq” ifadəsi digər komandanı oynamağa məcbur etmək anlamı verir. Azərbaycanda isə görünür başqa anlam daşıyır. Ola bilsin ki, bu sözlərin təhrif olunmuş mənasını verir. Yaxud rus dilini elə də yaxşı bilməmək ucbatından irəli gəlir. Bakıda “cəzalandırmaq” sözünə elə reaksiya göstərildiyi kimi münasibət göstərdilər. Az qala millətlərarası qarşıdurma törədəcəkdilər. Futbolu siyasətə qatmaq yaxşı deyil. Himnin fitə basılmasına görə isə yəqin ki sanksiyalar tətbiq edilməlidi. Özü də biz hamımız bu himnin sədaları altında böyümüşük”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp