Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Didye Droqba fəxri “Qızıl pəncə-2013” mükafatına layiq görülüb. Futbolinfo.az xəbər verir ki, Droqbanın bu mükafat uğrundakı əsas rəqibi İspaniya “Real”ının lideri Kristiano Ronaldo olub.
 
Mükafat 2003-cü ildə knyaz İkinci Albertin göstərişi ilə jurnalist Antonio Kalyendo tərəfindən təsis edilib və yaşı 29 və yuxarı olan futbolçulara 10 namizəd arasında internet səsverməsi əsasında bütün dünyadan olan jurnalistlərin xüsusi komissiyası tərəfindən müəyyən edilərək təqdim edilir. Qaliblər öz pəncələrinin izini Champions Promenade-də “Şərəf xiyabanı”nda qoyurlar.
 
Qeyd edək ki, tədbirin sponsoru “Land of Fire Azerbaijan” brendi olub.
 
Xatırladaq ki, ötən il qalib PSJ-nin hücumçusu Zlatan İbrahimoviç olmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp