Milli komandaların DÇ-2014-ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar olaraq ölkə çempionatında yaranmış fasilədən istifadə edən “İnter” hazırlığın bir hissəsini Gürcüstanda keçirdi. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi hazırda məşqlərini doğma stadionu “Şəfa”da davam etdirir.
 
Məşqlər hətta bayram günlərində də davam edib. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, heyətdə zədəli futbolçu yoxdu. Sarı vərəqə limiti dolmuş futbolçu da olmadığından “bankirlər” Topaz Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə oyuna optimal heyətlə çıxa biləcək.  
 
Qeyd edək ki, “İnter” – “Qəbələ” oyunu oktyabrın 19-da “Şəfa” stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp