Dortmund “Borussiya”sı ilə aparılmış danışıqların nəticələrinə görə, klubun 24 yaşlı mərkəz müdafiəçisi Mats Hummelsin “Barselona”nın düşərgəsinə keçəcəyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, keçid yay “transfer pəncərəsi” zamanı baş tutacaq və 35 milyon avroya reallaşacaq.
 
Çoxdandı Almaniya yığmasının müdafiəçisini sıralarına qatmaq istəyən katalonlar arzusuna yalnız gələn il çata biləcək. Karles Puyolun heç cür zədələrdən yaxa qurtara bilməməsi, üstəlik, yaşının coxluğu “Barsa”nın müdafiəçi problemini qabardır ki, bu işdə məhz Hummels xilaskar olmalıdı. “Borussiya”  isə Hummelsin əvəzinə cox guman ki, “Bazel”in 21 yaşlı müdafiəçisi Fabian Şeri kluba cəlb edəcək.
 
Qeyd edək ki, Hummels “Bavariya”dan 2009-cu ildə “Borussiya” ya 3,7milyon avroya transfer edilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp