Futbol üzrə Braziliya yığmasının keçmiş müdafiəçisi Kafu komandanın hücumçusu Neymarın ünvanına tərif yağdırıb. Futbolinfo.az xəbər verir ki, o, “Barselona" nın futbolçusunu parlaq bir gələcək gözlədiyini düşünür.
 
Kafu forvard barədə bunları söyləyib: “Neymara iki il vaxt verin və o, Lionel Messidən və Kriştianu Ronaldodan üstün olacaq”.
 
Qeyd edək ki, Neymarın özü mətbuata dəfələrlə Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp