“Qarabağ” sıralarını yeni futbolçuyla gücləndirib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Bosniya və Hersoqavinadan olan qolkiper İbrahim Şehiçlə rəsmi müqavilə imzalayıb.
 
25 yaşlı qolkiperin son klubu Türkiyənin “Mersin İdman Yurdu” klubu olub. Ötən mövsümün sonunda türk klubundan ayrılan bosniyalı azad transfer kimi “Qarabağ”la müqavilə bağlayıb.  Bosniya millisinin də şərəfini qorumağa macal tapmış İbrahim artıq rəsmi müqaviləyə imza atıb və yeni komandasıyla məşqlərə başlayıb. 
 
İbrahim Şehiçlə 2 illik müqavilə imzalaınb. O, klub saytına açıqlamasında ilkin təəssüratlarını bölüşüb: “Ötən mövsüm “Mersi İdman Yurdu” Superliqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə “Qarabağ” etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm. Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdi. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, “Qarabağ”a faydalı ola biləcəm. Ən böyük  hədəfim isə “Qarabağ”da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp