FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması oktyabr ayı üçün açıqlanan siyahıda 19 pillə irəliləyib.
 
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız indi 88-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 407 reytinq xalı var.
 
Maraq üçün xatırladaq ki, belə sıçrayış yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki son oyunlarında uğurlu nəticə qazanmasından irəli gəlir. Komandamız bir neçə gün öncə Bakıda Şimali İrlandiya üzərində 2:0 hesablı qələbə qazandı, Rusiya ilə də 1:1 hesablı heç-heçəyə nail oldu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp