“Qarabağ” yeni transferini reallaşdırdı. Futbolinfo.az xəbər verir ki, Türkiyənin “Mersin İdmanyurdu" klubundan gəlmiş qolkiper bundan sonra Ağdam təmsilçisinin qapısını qoruyacaq.
 
İbrahim Şehiçin “köhlən atlar”ın heyətində hansı qapıçının yerini dar edəcəyi isə böyük maraq doğurur. Fərhad Vəliyevlə Miro Varvodiçin mübarizəsindən qalib ayrılan isə ağdamlıların heyətində qalacaq.
 
“Qarabağ”ın keçirdiyi son oyunlar həmyerlimizin Varvodiçdən üstün olduğunu göstərir. Belə ki, Qurban Qurbanov Avropa Liqasının təsnifat mərhələsində böyük ümidlərlə “döyüş”ə atdığı xorvatiyalı əlcək sahibinə Premyer Liqanın 9 turunun ikisində etibar edib – 1 və 2-ci turlarda. 24 yaşlı qapıçı hər iki oyunda qoruduğu qapıda qol görüb (“İnter” – 1, “Sumqayıt” – 1). 32 yaşlı Vəliyevə isə inam daha çoxdu. Belə ki, qocaman qolkiper 9 oyunun 7-də komandasının qapısını qoruyub və 2 top buraxıb (AZAL – 1, “Rəvan” – 1).
 
Son turlarda Vəliyevə verilən şanslar bosniyalı qapıçı ilə məhz onun mübarizə aparacığını göstərir. Şehiçin azad agent kimi indidən transfer edilməsi, qış transfer pəncərəsində Varvodiçin göndəriləcəyinə işarədi. Hər halda “Köln”ün (Almaniya) şərəfini qorumuş Miro indidən özünə yeni komanda axtarsa, yaxşı olar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp