Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 9-cu turunun oyunları ilə də bağlı qərarlar çıxarılıb:
 
“Rəvan” –  “Xəzər Lənkəran” matçında “Rəvan”ın 4, “Xəzər Lənkəran”ın 5  futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 500 manat cərimə olunublar. Oyunun 60-cı dəqiqəsində “Xəzər Lənkəran”ın məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 2500 manat cərimə olunub.
 
“Qəbələ” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1000 manat cərimə olunub.
 
“Qarabağ” –  “Bakı” matçının 85-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Təmkin Xəlilzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Bakı”nın futbolçusu Ülvi Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp