Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 4 və 5-ci turunun oyunları ilə də bağlı qərarlar çıxarılıb:
 
4-cü turun MOİK – “Energetik” matçında “Energetik”in 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində MOİK-in futbolçusu Ramil Əliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Energetik”in baş məşqçisi Sahib Qocayev rəqib futbolçunu təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
 
4-cü turun “Şahdağ” – “Neftçala” matçının 86-cı dəqiqəsində “Neftçala”nın futbolçusu Rüfət Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Asəliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
4-cü turun “Karvan” – “Şəmkir” matçının 82-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Anar Rzayevlə “Karvan”ın futbolçusu Fuad Əliyev bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıblar, klubları 200 manat cərimə olunub.
 
4-cü turun “Bakılı” – “Ağsu” matçında “Ağsu”nun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
4-cü turun “Lokomotiv” – “Qaradağ Lökbatan” matçının 70-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Tural Qürbətov  hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
 
5-ci turun “Şəmkir” – “Kəpəz” matçının 64-cü dəqiqəsində “Şəmkir”in futbolçusu Elmar Əhmədovla “Kəpəz”in futbolçusu Ramil Kərimovun bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalanıblar, klubları 200 manat cərimə olunub.
 
5-ci turun “Qaradağ Lökbatan” – “Şahdağ” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Məhəmməd Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
5-ci turun “Ağsu” – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp