Super Kubokun iştirakçısı "Neftçi"nin oyunun keçiriləcəyi bölgəyə səfər edəcəyi vaxt məlumdu. Belə ki, “ağ-qaralar” oyundan bir gün əvvəl Naxçıvana yolda düşəcək.
 
Tərlan Əhmədovun yetirmələri 22-də səhər saatlarında Naxçıvanda olacaq.
 
Bu barədə saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib: “Oktyabrın 22-də səhər saatlarında Naxçıvana yolda düşəcəyik. Həmin gün məşqimiz də nəzərdə tutulub. Naxçıvanda "Təbriz" otelində qalacağıq. Oyun günü də komanda oyunncəsi məşqə çıxacaq. Matçdan sonra isə bakıya qayıtmalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp