Bu həftə Topaz Premyer Liqasının 10-cu turuna start veriləcək. Futbolinfo.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi "Sumqayıt" doğma azarkeşləri önündə turnir cədvəlinin qızıl pillə sahibi "Qarabağ"ı qəbul edəcək.
 
9 oyundan 5 xal qazanan sumqayıtlılar Ağdam təmsilçisi ilə qarşılaşmaya həvəslə hazırlaşır. Komandanın baş məşqçisi Aqil Məmmədov qələbə üçün meydana çıxacaqlarını söyləyib:
 
“Komandada əhval-ruhiyyə normaldı. Millidə olan uşaqlarımız da dünəndən məşqlərə qoşulub. Yalnız qələbə haqda düşünürük. Komandanın vəziyyəti göz qabağındadı və biz autsayder vəziyyətindən çıxmalıyıq. Bunun üçün yalnız qələbəyə köklənmişik. "Qarabağ"la matçı son oyun kimi qəbul edirik. Bu səbəbdən də yalnız qələbə qazanmalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp