DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Almaniya ilə oyunda 3:5 hesabıyla məğlub olan İsveç yığmasının forvardı Zlatan İbrahimoviç bundan heç də narahat deyil. Futbolinfo.az xəbər verir ki, Fransanın PSJ klubunda çıxış edən hücumçu həmin oyundan sonra bunları dilə gətirib:
 
“Almanlara yenilsək də, onlara qarşı göstərdiyimiz əzimkarlıq cox xoşuma gəldi. Pley-off mərhələsində tam fərqli oyun nümayiş etdirəcəyik. Düşünürəm ki, mənim meydanda olmagım oyunun nəticəsinə təsir etməyəcəkdi. Lakin Tobias Hyusen cox yaxşı oyun keçirdi, dubla imza atdı”.
 
Qeyd edək ki, İsveç millisi DÇ-2014 seçmə mərhələsində qrupda 2-ci yeri tutaraq pley-off mərhələsində oynamaq şansı qazanıb. Skandinaviya təmsilçisi Ukrayna, Portuqaliya, Yunanıstan və  Xorvatiya yıgmalarından birinə rəqib ola bilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp