Artıq 4 gündü ki, Bakıda məskunlaşan “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Futbolinfo.az xəbər verir ki, bayram günlərində də məşqlərinə ara verməyən komanda bu gün “Bayıl Arena”da növbəti məşqinə çıxıb.
 
Saat 11:00-da başlayan hazırlığa millinin toplanışlarında olan futbolçular da qatılıb. Belədə “Xəzər Lənkəran” son günlərdən fərqli olaraq bu dəfə tam heyətlə məşq edib. Saat yarım davam edən məşqdə futbolçular taktiki planda müxtəlif təmrinləri yerinə yetiriblər və son olaraq məşq iki tərəfli oyunla yekunlaşıb.
 
Hazırda komandada zədəli futbolçunun yoxluğu məşqçilər korpusunu sevindirən ən vacib məqamdı.
 
Xatırladaq ki, Topaz Premyer Liqasının 10-cu turunun “Simurq” – “Xəzər Lənkəran” görüşü Zaqatala şəhər stadionu təmirə bağlandığından paytaxtda keçiriləcək. Oktyabrın 19-da “Bayıl Arena”da keçiriləcək görüş saat 17:00-da start götürəcək. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp