Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev futbolinfo.az saytına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Şimali İrlandiya və Rusiya ilə qarşılaşmalar haqda fikirlərini bölüşüb.
 
– Millimizin son iki oyunu haqda fikirlərini bilmək istərdik…
– Oyunların hər ikisi bizim üçün yaxşı keçdi. İki oyuna 4 xal qazandıq. Çətin olsa da, şükürlər olsun ki, nəticə əldə edə bildik.
 
– Yığmamız niyə uğurlu nəticələrini məhz tsiklin sonunda qazandı? Buna elə ilk oyunlarda da nail olmaq olmazdı?
– Bizim nəticələrimiz daha tez ola bilərdi. Amma çox şanssızlıqlar oldu. Belfastdaki oyunda qalib gələ bilərdik. 90+6-cı dəqiqədə qol buraxdıq. Lüksemburqu da uda bilərdik,  alınmadı. Son oyunlarda isə hər şey yaxşı, istədiyimiz kimi alındı. Bu üzdən də lazım olan nəticələri qazana bildik.
 
– Diqqət çəkən məqam Berti Foqtsun millidən göndəriləcəyi söz-söhbəti yarananda sonra millinin ardıcıl xallar qazanmasıdı…
– Onun getməsi heç də dəqiq deyil. Hələ müqaviləsi var. Nəticə daha tez olmalıydı, amma gec oldu.
 
– Bu nəticələri Foqtsun, yoxsa siz futbolçuların uğuru saymaq olar?
– Hamımızın uğurudu.
 
– Bu hesabları möcüzə sayaq, yoxsa artıq inkişafın bir göstəricisidi?
– Möcüzə deyil. Bu nəticələr inkişafdan xəbər verir. İnşallah bundan sonra ardı gələcək.
 
– Aleksandr Səmədovla bağlı məsələyə münasibətin necədi?
– Mən bu mövzu haqda danışmaq istəmirəm.
 
RÖYA KƏRİMLİ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp