AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacaqları "Bakı" ilə oyundan əvvəl fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamasında Sadıqov heyətdə əskiklərin olduğunu söyləyib.
 
Baş məşqçi hazırlıqların davam etdiyini dilə gətirib: “Hazırlıqlarımız planlı şəkildə davam edir. Komandada çoxlu itkilərimiz var. Buna baxmayaraq AZAL meydanda öz oyununu göstərəcək. Məşqlərimiz normal keçir. Komandada boşluqlar var. Mən istəyərdim hər mövqedə bir neçə yaxşı səviyyəli futbolçu olsun. Belə olan halda komanda daxilindəki rəqabət də güclü olur. Lakin hələlik əlimizdə olanlarla kifayətlənməliyik”.
Qeyd edək ki, “Bakı” – AZAL oyunu oktyabrın 20-də “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək və saat 16:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp