“Rəvan”ın baş məşqçisi Şahin Diniyev yenicə çalışdırmağa başladığı paytaxt klubunun futbolçu heyəti ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, qış transfer pəncərəsində ediləcək transferlərdən də söz açıb:
“Artıq qış transfer pəncərəsinin açılmasına o qədər də çox vaxt qalmayıb. Komandada bəzi boşluqlar var. Biz qışda bu boşluqları doldurmağa çalışacağıq. Bunun üçün 3-5 transfer nəzərdə tutmuşuq. O qədər də böyük transfer etməyəcəyik. Mənim üstünlüyüm əsasən yerli futbolçulardan yana olacaq. Çünki öz həmyerlilərimizlə oynamaq, onlardan nəticə almaq daha gözəldi. Təbii ki, lazım gəldiyi təqdirdə legionerlərə də üz tutulacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp