DÇ-2014-ün seçmə mərhələsinin son oyununda Azərbaycan millisi ilə heç-heçə edən (1:1) Rusiya yıgması F qrupunda 22 xal toplayaraq 1-ci yeri tutdu. Futbolinfo.az xəbər verir ki, Rusiya millisinin baş məşqçisi Fabio Kapello Braziliyada keçiriləcək mundialla bağlı düşüncələrini açıqlayıb.
 
İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına bunları söyləyib: “Komandamız hər bir rəqib üçün təhlükəlidi. Hesab edirəm ki, yığmamız lazımi potensiala malikdi ki, Braziliyada keçiriləcək mundialda yüksək səviyyəli oyun nümayiş etdirsin. Mən Rusiya yıgmasını ən güclü “səkkizlik”də görürəm və bütün qüvvəmizlə çalişacağıq ki , ən azı 1/4 finala yüksələk. Söz verirəm ki, komandanın ugur əldə etməsi üçün lazım olan hər şeyi edəcəm”.
Qeyd edək ki, italiyali mütəxəssis Rusiya millisinə 2012-ci ilin iyul ayından rəhbərlik edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp