Xəbər verdiyimiz kimi, “Golden Foot” mükafatının sponsoru “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) olub. Futbolinfo.az xəbər verir ki, Monakoda keçirilən qala-gecədə “Bakı”nın prezidenti Hafiz Məmmədov da iştirak edib.
 
Həmçinin “Lans”ın prezidenti Jerve Martel, Monako knyazı 2-ci Albert, əfsanəvi futbolçular Jan Pyer-Papen, Karlos Valderrama və Osvaldo Ardiles təqdimetmə mərasiminə qatılıb.
 
Qala-gecədən sonra Hafiz Məmmədov “Golden Foot”un qalibi Didye Droqba ilə görüşərək futbolçunu təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp