“İnter” bu gün iki gənc futbolçuyla müqavilənin müddətini artırıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Fuad Bayramovla müqavilə müddəti daha bir il uzadılıb.
 
Bundan başqa, komandanın əvəzedici heyətinin üzvü Mənsur Nahəvəndi ilə də müqavilə müddəti iki il artırılıb.
 
Qeyd edək ki, hər iki futbolçu ötən həftə başa çatmış Gürcüstan toplanışında iştirak etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp