Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu yeni meydançada hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu görüşə tam heyətlə hazırlaşır.
 
Belə ki, zədəsini sağaltmış Orxan Əliyev və Zaur Həşimov da artıq komanda ilə birlikdə hazırlaşır. Əsas millidən qayıdan Anar Nəzirov, U-21-dən geri dönən Slavik Alxasov, Kərim Diniyev, Elşən Abdullayev və Nurlan Novruzov da komanda ilə birlikdə məşq edir.
 
Qeyd edək ki, "Sumqayıt" – "Qarabağ" oyunu oktyabrın 20-də Sumqayıtda inşa olunmuş yeni meydançada keçiriləcək və saat 16:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp