Futbol üzrə Azərbaycan 1-ci divizionda çıxış edən Qusarın "Şahdağ" komandası "Turan"la oyuna hazırlıqları davam etdirir. Futbolinfo.az saytına klubdan verilən məlumata görə, heyət yeni yığıldığı üçün bəzi çətinliklər var.
 
Ancaq buna baxmayaraq liderdən 8 xal geri qalan "Şahdağ"ın bu mövsüm qarşısına qoyulan məqsəd Premyer Liqaya yüksəlməkdi. Əgər "şimallılar" yüksək divizionda iştirak etmək hüquq qazansalar, onların heç maddi problem olmayacaq.
 
Artıq komandanın fan-klubunu yaratmaq da qərara alınıb. Stadionun da yenidən təmir edilməsi planlara daxildi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp