Futbol üzrə 21 yaşlılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Arif Əsədov postundan gedə bilər. Futbolinfo.az xəbər verir ki, yerli mütəxəssis bu barədə özü mətbuata açıqlama verib.
 
Milliylə müqavilə müddətinin başa çatmasını vurğulayan Əsədovun gedib-getməyəcəyi AFFA rəhbərliyinin qərarından sonra məlum olacaq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu saytımıza verdiyi açıqlamada xəbəri təsdiq edib:
 
“Bəli, Əsədovun yığma ilə olan müqavilə müddəti başa çatıb. Lakin hələ heç bir ayrılıqdan söhbət gedə bilməz. Çünki, rəhbərlik hələ ki, burda deyil. Bildiyiniz kimi, baş məşqçi hesabat təqdim etməlidi. Rəhbərlik hesabatı incələdikdən sonra qərarı bildirəcək”.
 
Qeyd edək ki, Arif Əsədov 2011-ci ildən U-19-a rəhbərlik edir. Əsədovun başçılığı altında millimiz son seçmə mərhələdə İrlandiya (0:2) və İsveç (1:5) yığmasına məğlub olub, Bosniya və Herseqovina ilə qarşılaşmadan qolsuz bərabərliklə ayrılıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp