“Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandasının da iştirak etdiyi "Young Talents-2013" turnirinə start verilib. Futbolinfo.az xəbər verir ki, açılış mərasiminin ardından qrup mərhələsi çərçivəsində "Young Talents" Komandası ilə qarşılaşan "qırmızı-qaralar" məğlub olublar – 0:5.
 
Günün ikinci yarısında daha iddialı rəqiblə – Kazan "Rubin"i ilə üz-üzə gələn təmsilçimiz daha yaxşı təsir bağışlasa da, matç sülhlə yekunlaşıb. Hesabı "Rubin" açıb. Lakin həvəsdən düşməyən Ramin Quliyevin yetirmələri status-kvonu bərpa etməyi bacarıblar. “Qəbələ”nin heyətində Həmid Vəliyev fərqlənib və matçın hesabını müəyyənləşdirib – 1:1.
 
Bu gün "Qəbələ" qrup mərhələsi çərçivəsində daha 2 oyun keçirəcək. Komandamız öncə "Dinamo" (Kirov, Rusiya), ardından isə "Baltika" (Kalininqrad, Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp