Bu gün futzal üzrə UEFA Kubokunun elit raundunun püşkatması keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə dörd qrupa bölünmüş on altı komanda mübarizəyə qoşulacaq.
 
Onlardan biri də Azərbaycan çempionu “Araz”dı. Püşkün digər iştirakçılarını diqqətinizə çatdırırıq:
 
“Kayrat” (Qazaxıstan), “Dinamo” (Moskva, Rusiya), Barselona (İspaniya), “Sportinq” (Portuqaliya), Viten (Belarus), “Qyor” (Macarıstan), “Tulpar” (Qazaxıstan), “Xrudim” (Çexiya), Ekonomaç (Serbiya), “Slov-Matik” (Slovakiya), “Tanqo” (Bosniya və Herseqovina), Lokomotiv (Ukrayna), “Litiya” (Sloveniya), “Eyndhoven” (Hollandiya), “Tarqu-Mureş” (Rumıniya).
 
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan futzal üzrə UEFA kubokunun elit raundunu qəbul edə bilməyəcək. Qruplarda oyunların meydan sahibləri Almatı (Qazaxıstan), Lissabon (Portuqaliya), Xrudim (Çexiya) və Litiya (Sloveniya) olacaqlar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp