Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun AFFA ilə olan müqaviləsinin müddəti bu ilin sonunda başa çatır. Futbolinfo.az xəbər verir ki, futbol qurumu yeni namizədlərin axtarışını davam etdirir.
 
Qurban Qurbanovun, Kaxaber Sxadadze və Berti Foqtsun özünün də yer aldığı siyahıya Arif Əsədov da əlavə edilib. Məsələylə bağlı U-19-dan ayrılacağı gözlənilən Əsədovun fikirlərini öyrəndik. Baş məşqçi saytımıza verdiyi açıqlamada bundan xəbəri olmadığını söyləyib:
 
“Mən AFFA ilə tsiklin sonuna qədər müqavilə bağladım. Turnir başa çatdığı üçün mənim müqavilə müddətim də bitmiş hesab olunur. Lakin rəhbərlik burda olmadığından hələ bu məsələ danışılmayıb. Foqtsun da müqavilə middəti bu ilin sonunda bitir. Lakin, namizədlər arasında olmağımdan xəbərim yoxdu. Mənə bu barədə məlumat verilməyib”.
 
Düzdü, alman mütəxəssisin DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya (2:0) və Rusiya (1:1) ilə göstərdiyi nəticələr onun bu postdan ayrılmayacağını göstərir. Millimizin qrupda 9 xal topladığını nəzərə alsaq, Foqtsun bundan sonrakı illərdə də AFFA ilə əməkdaşlıq edəcəyini gözləmək olar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp