Karyerasını bu il başa vuran futbol üzrə İsveçrə yığmasının sabiq hüçumçusu Aleksandr Frey 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının pley-off oyunların püşkatmasında iştirak edəcək. Futbolinfo.az xəbər verir ki, isveçrəli futbolçu oktyabrın 21-dəki tədbirdə Qordon Saviçə assistentlik edəcək.
 
DÇ-2014-ün seçmə mərhələsində öz qruplarında 2-ci yer tutmuş 8 komanda Avropa zonasından son 4 vəsiqə uğrunda mübarizə aparacaq. FİFA-nın dünya reytinqinə əsasən, yığmalar 2 səbətə bölünüblər. Birinci “dördlük”də olan Portuqaliya, Yunanıstan, Xorvatiya və Ukraynaya Fransa, İsveç, Ruminya və İslandiya rəqib olacaq ki, 15 və 19 noyabrda məhz kimin kimlə üz-üzə gələcəyini müəyyənləşdirənlərdən biri də Frey olacaq.
 
Qeyd edək ki, DÇ-nın final mərhələsi 12 iyun – 13 iyul aralığında Braziliyada keçiriləcək. Final mərhələsinin püşkü isə dekabrın 6-da atılacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp