Futbol üzrə Rusiya yığmasının hücumçusu Aleksandr Kokorin dünya çempionatını seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Rusiya oyununa (1:1) münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, rusiyalı forvard bunları dilə gətirib:
“Düzü, bütün fikirlər qələbə qazana bilməməyimizə yönəlmişdi. Dilxor idik. Azarkeşlərin Rusiya himni səslənən zaman davranışı, ümumiyyətlə oyunun gedişində özlərini aparmağına rəğmən biz, üç xalı əldə etməyə sadəcə borclu idik. Braziliyaya dünya çempionatına yollanacağımız dərk etməyimiz bir qədər gec, aeroportda bizə çatdı. Ancaq təkrar edirəm pis hiss qalmışdı”.
 
Hücumçu həmçinin baş məşqçi Fabio Kapellonun bütün komandaya töhmət verdiyini etiraf edib: “O, çox sərt bəyanat verdi. 90-cı dəqiqədə qol buraxdığımız üçün yox. İlk olaraq say üstünlüyü ilə oynamağımıza baxmayaraq ikinci qolu vura bilmədiyimiz üçün”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp