Mövsümə uğursuz başlayan “İnter” Topaz Premyer Liqasının 10-cu turunda doğma divarlar arasında “Qəbələ”ni qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, milli komadanın oyunlarına görə yaranmış fasilədən istifadə edən “bankirlər” Gürcüstanda təlim-məşq toplanışında oldular, iki yoxlama oyunu keçirdilər.
 
Komandanın “Qəbələ” ilə oyun öncəsi durumunu öyrənmək üçün Kaxaber Sxadadze ilə əlaqə saxladıq:
 
“Komanda “Qəbələ” ilə oyuna xüsusi plan üzrə hazırlaşır. Düzdü mövsümə uğursuz başladıq. Amma vəziyyəti dəyişmək üçün çalışırıq. Əskiklərimiz var. Bunların üzərində işləyirik. Hər şey həmişə yaxşı olmur. Bir zədəli futboçumuz. Sabahkı oyunda oynaması hələ sual altındadı. Ümumilikdə, komandamızda vəziyyət normaldı. Gələcək ounlara köklənib xal toplamalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp