Futbol üzrə Türkiyə milli komandasının sabiq futbolçusu Nihat Kahveçi maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, Super Liqanın cari mövsümünün favoritlərini açıqlayıb.
 
Nihat keçmiş komandası “Beşiktaş”ın çempion olmasını istəsə də, bu mövsüm qızıl medallara əsas namizəd kimi “Fənərbaxça”nı gördüyünü bildirib:
 
“Bu mövsüm çempionluğa ən real namizədim “Fənərbaxça”dı. “Beşiktaş”la “Qalatasaray”da bu yarışının içində olacaq. “Qalatasaray” ard-arda üç oyun qələbə qazanmaqla üst sıralara yüksələ bilib. Ona görə, “Cim Bom” da çempionluğa əsas namizədlərdəndi”.
 
“Villareal”ın uşaq komandasında məşqçi işləyən Kahveçi “Beşiktaş”a qayıdışına görə heç bir peşmanlıq hissi keçirmədiyini dilə gətirib: “Qətiyyən peşman deyiləm. Amma iki ildə on illik yorğunluq yaşadım. Hələ Türkiyəyə qayıtmaq niyyətim yoxdu”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp