“Qarabağ”ın yeni qapıçısı İbrahim Şehiçin gəlişindən sonra Miro Varvodiçin qış transfer pəncərəsində komandadan gedəcəyi barədə söz-söhbət səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, böyük ümidlərlə trnasfer olunan Varvodiç son dövrlər baş məşqçi Qurban Qurbanovun etimadını doğrulda bilmir.
 
Belə olmasaydı, o, Premyer Liqanın geridə qalan 9 turunda yalnız 2 dəfə meydana çıxmazdı. Artıq Ağdam klubunun məşqçilər korpusu daha çox Fərhad Vəliyevə güvənirlər və Varvodiç ehtiyat qapıçı rolunu oynamaqdadı. Bu azmış kimi, Şehiçin də komandaya gətirilməsi Varvodiçin tamamilə siyahıdan silinəcəyindən xəbər verir.
 
Bütün bu söhbətlərə aydınıq gətirmək üçün komandanın baş məşqçisi Qurban Qurbanovla əlaqə saxladıq: “Varvodiçin 2014-cü ilin may ayına qədər klubumuzla müqaviləsi var. Şehiçi almaqda məqsədimiz sadəcə, komandada rəqabəti gücləndirməkdi. Həm də bilirsiz ki, o, azad agent kimi əlimizə düşüb. May ayına qədər Varvodiçdən istədiyimiz nəticəni almasaq, ola bilsin ki, bəli göndərək. Amma hazırda belə bir fikrimiz yoxdu. Hər üç qapıçının xidmətindən yararlanmağa çalışacağıq. Kim daha hazırlıqlı olacaqsa, o da oynayacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp