Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” klubu yeni futbolçu transfer edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu artıq yeni oyunçusunun adını sifariş vərəqəsinə də əlavə edib.
 
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Məlumatda bildirilir ki, 25 yaşlı İbrahim Şehiç yeni komandasında 13 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, bosniyalı qapıçının son klubu Türkiyənin “Mersin İdman Yurdu” olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp