Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv daha 3 il bu postda qalacaq. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilənin müddəti 2016-cı ilə qədər uzadılıb.
 
Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Löv ilə yanaşı baş menecer Oliver Birhoff və qapıçılarla işləyən məşqçi Andreas Kepke ilə də müqavilənin müddəti artırılıb.
 
Qeyd edək ki, Löv 2006-cı ildən Almaniya yığmasının sükanı arxasında çalışır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp